NASA-nın 10 kvintilyon dollarlıq planı – 2026-cı ildə dünya iqtisadiyyatı darmadağın ola bilərbackend
Dünya
236

NASA-nın 10 kvintilyon dollarlıq planı – 2026-cı ildə dünya iqtisadiyyatı darmadağın ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) növbəti hədəfi dünya iqtisadiyyatını çökdürə bilər.
Sfera.az xəbər verir ki, NASA külli miqdarda vəsaitə başa gələcək kosmik planı ilə bağlı addım atıb. Belə ki, qurum 10 kvintilyon dollar dəyərində olan “16 Psyche” asteroidinə getmək üçün geri sayıma başlayıb.
Kəşfiyyat zondunun 2026-cı ildə hədəfinə çatması gözlənilir. Lakin məlumata görə, NASA-nın bu planı dünya iqtisadiyyatını darmadağın edə bilər.
Qeyd edilir ki, 10 kvintilyonluq asteroid bütün dünya iqtisadiyyatından daha dəyərlidir. Planetimizin qlobal iqtisadiyyatının ümumi dəyəri isə cəmi 75 trilyon dollardır.
Sözügedən asteroiddə  dəmir, nikel, qızıl, platin, mis, kobalt, iridium və redium kimi qiymətli metallar var.
Qeyd edək ki, indiyə qədər yalnız bir dəfə Yer kürəsinə asteroiddən bir parça gətirilib. 2010-cu ildə Yaponiya Kosmik Agentliyi dünyaya bir neçə toz hissəsi çatdıra bilib.