“NATO və Avropa Birliyi ikiüzlülük etdi” – Lavrovdan sərt AÇIQLAMAbackend
Dünya
266

“NATO və Avropa Birliyi ikiüzlülük etdi” – Lavrovdan sərt AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 9-cu Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında aktual mövzulara dair açıqlamalar verib.
APress.az xəbər verir ki, NATO Zirvəsinin keçən həftə keçirildiyini xatırladan Lavrov “NATO-nun Rusiyanı dayandırmaq üçün attıdğı addımlar Avropada hərbi-siyasi gərginliyin artmasına səbəb olur. NATO bir daha özünün uydurduğu reallıqdan kənara çıxa bilməyəcəyini təsdiqlədi. NATO Rusiyanın davranışların təcavüzkarlıq kimi qəbul edir” – deyə, bildirib.
Rusiyanın NATO ilə dialoqa açıq olduğunu qeyd edən nazir, Rusiya ilə NATO arasındakı təmas xətti boyunca hərbi təhlükəni azaltmaq üçün konstruktiv təkliflərin müzakirə mövzusu olduğunu, NATO-nun Rusiya ilə hərbi dialoq qurmaq istəmədiyini deyib.
ABŞ-ın 22 noyabrda Açıq Göylər Sazişindən çıxdığını xatırladan Lavrov, “Bu, hərbi şəffaflıq çərçivəsində maraqlar balansını çox pozdu. Bu şərtlərdə Moskvanın razılaşmaya sadiq qalması mənasız idi” deyə, qiymətləndirmə edib.

Rusiyanın da müqavilədən çəkilməyə qərar verdiyinə diqqət çəkən Lavrov, NATO və Avropa Birliyi (AB) Rusiyanı “razılaşmanı pozmamağa” çağırdığını və bunun “ikiüzlülük” olduğunu bildirib.

Sfera.az