Sosial Demokrat Partiyasından Berlin bələdiyyə başçılığına namizədliyini irəli sürən Franziska Ciffey üç ildir haqqında səslənən diplom işinin plagiat olması iddiası səbəbilə istefa verib.
APress.az xəbər verir ki, nazir Almaniya kansleri Angela Merkeldən hazırda çalışdığı ailə naziri vəzifəsindən istefasını tələb edib.
Franziska Ciffey 2005-2010-cu illər arasında Avropa Birliyi (AB) Komissiyasının vətəndaş cəmiyyətində iştirak siyasətləri mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, ötən ilin noyabrında doktorant adını daşımağa davam etmək istəmədiyini açıqladıqdan sonra Azad Berlin Universiteti araşdırma işlərinə başlayıb. Araşdırma işini tamamlayan universitet nazirin doktorluq dərəcəsinin etibarsız olduğunu açıqlayıb.
2018-ci ilin martından ailə naziri vəzifəsində çalışan Franziska Ciffey 2020-ci ilin noyabrından partiyasının Berlin təşkilatının rəhbəridir. Onun sentyabrın 26-da keçiriləcək seçkilərdə Berlin bələdiyyə başçılığına namizəd olduğu bildirilib.
Sfera.az