Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla bağlı əmr verib.
APress.az-ın məlumatına görə, nazirin əmri ilə, R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb.
Qeyd edək ki, Ramiz Zeynalovun 2021-ci ilin 19 fevral tarixində 70 yaşı tamam olub.
(Unikal.org)