Daxili işlər orqanlarında yeni kadr islahatları olub.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, vətən müharibəsi şəhidlərinin ailə üzvləri Toğrul Xosrovzadə, Elvin Məmmədov və Əli Şirəliyev Abşeron Rayon Polis İdarəsi Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrinə təyinat alıblar.