Fransada nazir və millət vəkilləri yemək üçün gizli şəkildə restoranlara getməkdə ittiham olunur.
APress.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə bəzi nazir və millət vəkillərinin qanunsuz fəaliyyət göstərən lüks restoranlarda yemək yeyərək koronavirus məhdudiyyətlərini pozduqları iddia edilib.
Ölkənin “M6” televiziya kanalının gizli kamera ilə çəkdiyi kadrlar Parisin mərkəzində yeraltı məkanlarda fəaliyyət göstərən lüks restoranların məşhur aşpazların hazırladığı menyularla gizli şəkildə xidmət göstərdiklərini ortaya çıxarıb.
Görüntülərdə ofisiant və müştərilərin məhdudiyyətlər səbəbindən yalnız paket servisi göstərməli olan restoranlarda maskasız şəkildə gəzdikləri görülür.
Sözügedən restoranlarda menyu qiymətlərinin 490 avroya çatdığı bildirilir.
Məsələ ilə bağlı Tvitterdə açıqlama verən Fransa Daxili İşlər naziri Gerald Darman KİV-də dərc olunan xəbərləri əsas alaraq Paris Polis İdarəsinə məsələni araşdırmağı tapşırdığını bildirib.
Paris Polis İdarəsi iddialarla əlaqədar araşdırmalara başladıqlarını açıqlayıb.
Sfera.az