Nazirlik “Araz supermarket”i CƏRİMƏLƏDİbackend
Cəmiyyət
248

Nazirlik “Araz supermarket”i CƏRİMƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) “Araz supermarket” MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) əsasən yazılan protokol baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.