“İqlim dəyişiklikləri nəticəsində növbəti illərdə su ehtiyatlarımızın azalacağı proqnozlaşdırılır”.
APress.az xəbər verir ki,, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, azsulu ölkə kimi su ehtiyatlarının düzgün idarə edilməsini təşkil etməlidir: “Ötən il Prezidentin sərəncamıyla dövlət su kommissiyasının yaradılması bu istiqamətdə atılan yüksək addımlardandır. İşğaldan azad olunan ərazilərdə su kanallarının təmiri ilə bağlı işlər aparılır”.