Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.
APress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Avtomat monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.