“Salyan OİL” LTD 12 nəfər işçisini narkotik maddə qəbul etməkdə ittiham edir və Əmək Məcəlləsinin 72.b maddəsinə əsasən onları işdən azad etmək istəyir.
APress.az xəbər verir ki, bunları Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib:
“ARƏM 72,b bəndi isə deyir:
– alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
Bilmək istərdim, Salyan OİL 12 nəfər işçisi işə narkotik maddə qəbul edib gəlib, yoxsa kollektiv surətdə iş yerində narkotik maddə qəbul edib?
Əgər belə deyilsə onda , şirkətdə gedən proses şübhə yaradır!”
Bakıvaxtı.az