“Neftçi” AFFA-nın qərarından şikayət edəcəkbackend
İdman
417

“Neftçi” AFFA-nın qərarından şikayət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” klubu AFFA İntizam Komitəsinin baş məşqçi Samir Abasova tətbiq etdiyi iki oyunluq cəza ilə bağlı apellyasiya verəcək.

Bunu paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev deyib.
O, artıq qərarlarla tanış olduqlarını bildirib: “Qərarlar barədə mətbuatdan oxuduq. Samir Abasovun 2 oyunluq diskvalifikasiyasından apellyasiya verəcəyik. Əməkdaşlarımız dərhal tapşırıq alıblar”.
Quliyev cəza müddətinin azaldılacağına və ya ümumiyyətlə ləğv olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Samir Abasov “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən cəzalanıb. Klub isə 4000 manat cərimələnib. “Neftçi” növbəti iki oyununu mayın 3-də səfərdə “Keşlə”yə, mayın 8-də isə “Səbail”ə qarşı keçirəcək. // “Report”