Nərgiz Paşayevanın qızı, “Nargis” jurnalının təsisçisi Ülviyyə Mahmudova İçərişəhəri gəzməyə çıxıb.
APress.az xəbər verir ki, Ülviyyə Mahmudova bəzi kadrları sosial şəbəkədə paylaşıb. Bakıya olan sevgisini paylaşımlarında dilə gətirən Ülviyyə izləyicilərinə tez-tez rəqs etməyi tövsiyə edib:
“Rəqs etmək necə bir duyğudur? Özünüzü yalnız və pis hiss edəndə, ürəyiniz darıxanda rəqs edin! Küskünlüyünüzü ifadə edəcək söz tapa bilməyəndə rəqs edin, çox sevinəndə və diliniz söz tutmayanda rəqs edin. Özünüzü itirəndə rəqs edin. Doğru yolda olduğunuz zaman rəqs edin. İdmanı qaçırdığınız zaman rəqs edin”.
Publika.az