“New Media Hub” çərçivəsində təlimlərə start verilibbackend
Cəmiyyət
954

“New Media Hub” çərçivəsində təlimlərə start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“New Media Hub” platforması “Davam” Gənclər Hərəkatının təşəbbüsü, “Trend” müstəqil informasiya agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qruplarının tərəfdaşlığı ilə qurulub və gənc jurnalistlərin yetişdirilməsinə töhfə verməyi hədəfləyir. Platforma üç media qurumunun partnyorluğu ilə təsis olunmasına baxmayaraq, ilk gündən layihədə təmsil olunan tərəflər ölkənin digər media resurslarına bu prosesə qoşularaq gənclərin maarifləndirilməsinə və onların inkişafına töhfə verilməsinə çağırış edib. Bu çağırış nəticəsində gənc jurnalistlərə dəstək məqsədi ilə platformada təmsil olunan peşəkar jurnalist və media qurumlarının sayı günbəgün artmaqdadır.

Platforma gənclər üçün nəzəri, praktiki və ekskursiya xarakterli bir inkişaf proqramı formalaşdıraraq birinci modulda iştirak üçün ictimai müraciət elanı verib. Qısa müddət ərzində 370-dən çox gənc layihədə iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 30 nəfərlik iştirakçı qrupu formalaşıb.

Bu günə qədər platforma çərçivəsində artıq 5 təlim baş tutub. Bu təlimlərdə təlimçi qismində iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tərəfindən “Müasir dövrdə jurnalistika”, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tərəfindən “Ənənəvi və yeni media: Fərqlər, oxşarlıqlar”, Azsiyaset.com saytının baş redaktoru Samir Feyruzov tərəfindən “Media və dünya siyasəti”, jurnalist Jalə Mütəllimova tərəfindən “Müasir media, vətənpərvərlik və informasiya təhlükəsizliyi”, televiziya aparıcısı Turan İbrahimov tərəfindən “Ənənəvi və yeni media arasındakı mübarizə” mövzularında interaktiv təlimlər keçirilib. Ekspertlər gənclərlə təcrübələrini bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər veriblər. Təlimlər zamanı diskussiya formatında davam edən səmimi söhbət əsnasında iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.

Qeyd edək ki, “New Media Hub” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində icra edilir.

image-lumu13image-lumu1

image-lumu3image-lumu5