Neymar “Barselona” ilə cavab matçında da oynamayacaqbackend
İdman
311

Neymar “Barselona” ilə cavab matçında da oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya “Barselona”sı ilə Çempionlar Liqasının1/8 final mərhələsinin cavab matçını da buraxmalı olacaq.

APress.az “Report” a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ümumi qrupla məşqlərə ötən həftə qismən başlayıb. O, hazırda fərdi məşqlərini davam etdirir.

Paytaxt klubunun digər oyunçusu Xuan Bernat fərdi məşqləri davam etdirir, Moyze Kin isə koronavirus səbəbindən təcrid olunub. Bundan əlavə, Serxio Riko şəxsi səbəblərə görə bugünkü məşqi buraxıb.

Qeyd edək ki, martın 10-da keçiriləcək PSJ – “Barselona” matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. PSJ ilk görüşdə rəqibini 4:1 hesabı ilə üstələyib. Neymar həmin qarşılaşmanı da buraxmalı olub.