Neymar PSJ ilə danışıqları dayandırdıbackend
İdman
309

Neymar PSJ ilə danışıqları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Neymar Fransa PSJ-si ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqları dayandırıb.

APress.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu İspaniya “Barselona”sına qayıtmaq istədiyi üçün bu addımı atıb. Kataloniya təmsilçisi də 29 yaşlı forvardı yenidən heyətinə qatmağın əleyhinə deyil.

Təcrübəli oyunçunun Paris təmsilçisi ilə sözləşməsi 2022-ci ilin yayında başa çatacaq. Qarşıdakı transfer pəncərəsi PSJ-nin Neymarın satışından pul qazana bilməsi üçün son şansdır. Əks halda, o, komandanı azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib. Sambaçı bir neçə dəfə keçmiş klubuna dönmək istəyini dilə gətirib.

Sfera.az