Nigeriya vətəndaşı Bakıda hoteldən qovulduğunu iddia edir.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi olan 2002-ci il təvəllüdlü Agona Viktor Chibueze müvəqqəti yaşadığı və İçərişəhərdə yerləşən “Cayra” hotelindən qovulduğunu bildirib.
O iddia edib ki, hotelin sahibi onun əşyalarını küçəyə atıb və bu zaman çantasındakı 1500 dollar oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.