Oğuzda canavarlar kəndə hücum edibbackend
Cəmiyyət
210

Oğuzda canavarlar kəndə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

APress.az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Baba oğu Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında baytarlıq təlimatlarına uyğun olaraq kəndin ərazisində basdırılıb, ərazi dezinfeksiya edilib.