Ölkədə vəziyyət pisləşir, sərt karantin olacaq – Baş nazirdən ƏHALİYƏ SON DƏQİQƏ XƏBƏRDARLIĞIbackend
Dünya
277

Ölkədə vəziyyət pisləşir, sərt karantin olacaq – Baş nazirdən ƏHALİYƏ SON DƏQİQƏ XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da epidemioloji vəziyyət pisləşir”.

APress.az “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin videokonfrans formatında keçirilən iclasında deyib.

O, əhalini qaydalara maksimal şəkildə əməl etməyə çağırıb: “Əlbəttə ki, biz üçüncü dalğanın qarşısını almaq və sərt məbudiyyətlərin tətbiqinə yol verməmək üçün mümkün olan hər şeyi etməliyik. Bunun üçün yeganə yol tələblərə əməl etməkdir. Qoruyucu maskadan düzgün istifadə, həmçinin kütləvi mərasimlərdən çəkinmək kimi elementar qaydalara əməl etmək lazımdır”.

Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyasının üçüncü dalğasının astanasındadır. Qonşu ölkədə mövcud məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi istisna edilmir.