Türkiyənin Ağrı şəhərində 2018-ci ildə itkin düşdükdən 18 gün sonra cəsədi tapılan 4 yaşlı Leyla Aydemirlə bağlı araşdırma davam edir.
APress.az xəbər verir ki, 28 Mayda Ağrıda işə yenidən baxılacaq.
Qeyd edək ki, Ağrı şəhər mərkəzində yaşayan Şükran və Nihat Aydemir cütlüyünün 7 övladından 6-cısı olan Leyla Aydemir 2018-ci il Ramazan bayramı səbəbiylə babasının yaşadığı Bezirhane kəndinə gedib. 15 iyun tarixində isə itkin düşüb. Leylanın məhz 18 gündən sonra Kurudere kəndindən 3 kilometr məsafədə olan cansız cəsədi tapılıb.
Uşağın qətlində şübhəli bilinən əmisi Yusuf Aydemir 2 oktyabr 2020-ci ildə Ağrı şəhər Ağır Cəza Məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Həbs olunmayan 6 şübhəli üçünsə bəraət qərarı verilib. Bür müddətdən sonra əmisi Yusuf Aydemir də sərbəst buraxılıb. Kiçik Leyla hadisəsinə mayın 28-də Ağrıda yenidən baxılacaq.
“Saadet” Uşaq İstismarına Qarşı Mübarizə Dərnəyinin Leyla Aydemir işinin Ağrıdan başqa bir yerdə baxılması üçün etdiyi müraciət qiymətləndirilib.
Dərnəkdən bildirilib ki, “Məhkəmə tərəfindən veriləcək qərarın ictimai təhlükəsizlik və ictimai vicdanın rahatlaşdırılması baxımından mühüm əhəmiyyəti var. İnanırıq ki, danışıqlar nəticəsində məhkəmə başqa yerdə keçiriləcək”.
Konkret.az