Ombudsmandan şiddətə məruz qalan qadınla bağlı AÇIQLAMAbackend
Cəmiyyət
237

Ombudsmandan şiddətə məruz qalan qadınla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) sosial şəbəkələrdə yayılmış qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından APress.az-a verilən məlumata görə, insanların ləyaqət hüququnun kobud pozulması ilə müşayiət olunan məişət zorakılığı, xüsusilə ailə daxilində qadınlara qarşı zorakılıq və şiddət hallarının aradan qaldırılması dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

“Bu günlərdə sosial şəbəkələrdə yayılmış qadının əri tərəfindən şiddətə məruz qalması cinayətini qətiyyətlə pisləyir, bununla bağlı tez bir zamanda hüquq-mühafizə orqanları tərəfindən qanun çərçivəsində müvafiq tədbirlərin görüləcəyinə inanırıq. Məişət zorakılığı, qadınlara qarşı şiddət və ümumilikdə zorakılıq hallarına qarşı mübarizə daim Ombudsmanın diqqət mərkəzindədir”, – deyə vurğulanıb.