On dörd yaşlı qızı Masazıra apardı: “Əvvəl ayrı otaqlarda yatdıq, sonra…”backend
Cəmiyyət
371

On dörd yaşlı qızı Masazıra apardı: “Əvvəl ayrı otaqlarda yatdıq, sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 2001-ci il təvəllüdlü Tacir 2005-ci il təvəllüdlü Məlahətlə (ad şərti verilib – red.) “İnstaqram” sosial şəbəkəsində tanış olub, sonra onunla cinsi əlaqəyə girib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində baş verib.

Tacir yaşadığı evin yataq otağında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Məlahətlə ilk dəfə 2019-cu il tarixdə təbii yolla cinsi əlaqədə olub.

“Üç ay danışdıq”

İstintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2018-ci ilin oktyabr ayında istifadəsində olan mobil nömrənin vasitəsilə “İnstaqram” sosial şəbəsində “LL_Tacı.LL” profili ilə qeydiyyatdan keçib: “Bundan sonra “Nadya.075″ adlı profilin sahibinə dostluq atdım. Dostluğumu qəbul edəndən sonra danışmağa başladıq.

Həmin vaxt Nadya mənə 16 yaşı olacağını dedi. Mən də 17 yaşımın olduğunu, Əhmədli metrosunun yaxınlığında yaşadığımı bildirdim. Təxminən 3 aya yaxın yazışandan sonra 2018-ci il tarixdə virtual şəkildə sevgili olduğumuzu bir-birimizə elan etdik. Nadya mənə sonradan dedi ki, əsl adı başqadır”.

“Bir yerdə ad gününü qeyd etdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu il tarixdə Məlahət “Audan” profili ilə “İsntaqram” sosial şəbəkəsi vasitəsilə ona yazıb: “Bildirdi ki, küsüb evdən çıxıb. Ondan harada olduğunu soruşdum. “Memar Əcəmi” metrosunun yaxınlığında olduğunu bildirdi.

Məlahətin dalınca getdim. Orada onunla görüşdüm və birlikdə taksi avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyindəki evimizə gəldik.

Şəhərcikdə yerləşən marketdən ərzaq aldım. Həmin vaxt Məlahət mənə dedi ki, onun bu gün ad günüdür. Biz bir yerdə ad gününü qeyd etdik. Yemək yedikdən sonra biz ayrı-ayrı otaqlarda yatdıq”.

“Evlənmək istədiyimi bidirdim”

Tacir qeyd edib ki, səhəri gün də gedib şəhərdə gəzişiblər: “Sonra evə qayıtdıq. Həmin gecəni də ayrı-ayrı otaqlarda qaldıq. Yuxudan oyanandan sonra şəhərə yollandıq. Bir qədər gəzişəndən sonra yenidən evə qayıtdıq. Evdə kinoya baxdıq. Həmin vaxt Məlahətə fikrimin ciddi olduğunu və evlənmək istədiyimi bidirdim. Bundan sonra yataq otağına keçdik. Məlahətin razılığı ilə onunla təbii yolla cinsi əlaqədə oldum. Gecəni bir yerdə qaldıq”.

Tacirin ifadəsinə görə, səhəri günü birgə həyətə düşüblər: “Bir az gəzdikdən sonra Məlahət getdi. Həmin tarixdən sonra 2019-cu ilin iyun ayına kimi mütamadi olaraq görüşdük, lakin cinsi əlaqədə olmadıq. Sonradan o, yoxa çıxdı, əlaqə saxlaya bilmədim. Məlahətə qarşı fikrim ciddi olub və ona gələcəkdə evlənəcəyimi bildirmişəm”.

“Evdən qaçdım”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, nənəsi və bacısı ilə birlikdə yaşayır: “2018-ci ilin oktyabrında istifadəmdə olan mobil nömrə vasitəsilə “İnstaqram” sosial şəbəkəsində “Nadya.075” adı ilə qeydiyyatdan keçdim. Həmin vaxt mənə “LL_Tacı.LL” profilin sahibi dostluq atdı. Dostluğu qəbul etdikdən sonra yazışmağa başladıq. Profilin sahibi mənə Tacir olduğunu bildirdi. Tacirə dedim ki, 16 yaşı olacaq. Tacir də 17 yaşının olduğunu və Əhmədli metrosunun yaxınlığında yaşadığını bildirdi.

Təxminən 3 aya yaxın Tacirlə yazışandan sonra virtual olaraq sevgili olduğumuzu bir-birimizə bildirdik. Həmin ərəfədə bacımla Nəsimi rayonunda kirayədə yaşayırdıq.

2019-cu il tarixdə bacımla aramızda mübahisə yarandı, küsərək evdən qaçdım. İstifadəmdə olan telefondan “İnstaqram” sosial şəbəkəsi vasitəsilə Tacirə yazdım ki, evdən qaçmışam. Tacir məndən harada olduğunu soruşdu. “Memar Əcəmi” metrosu yaxınlığında olduğumu bildirdim”.

“Masazıra apardı”

Məlahətin sözlərinə görə, Tacir onun dalınca olduğu yerə gəlib: “Mən dedi ki, onların Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində evləri var, heç kim orada yaşamır, onunla oraya getməyimi təklif etdi.

Həmin vaxt Tacir oraya tək gəlmişdi. Biz 1 manatlıq taksiyə əyləşərək Zəngilan şəhərciyinə getdik. Şəhərcikdə yerləşən marketdən kartof, çörək, sosiska, yumurta və sok aldıq, mənzilə qalxdıq. Birlikdə yemək yedik və öz ad günümü Tacirlə birlikdə qeyd etdik. Tacirlə ayrı-ayrı otaqlarda yatdıq”.

“Gecəni bir yerdə qaldıq”

Zərərçəkmişin ifadəsinə görə, səhəri gün şəhərdə gəziblər, sonra isə evə qayıtdıq: “Gecəni yenə ayrı-ayrı otaqlarda qaldıq. Yuxudan oyanandan sonra şəhərə getdik, şəhərdə bir qədər gəzdikdən sonra evə gələndən sonra kinoya baxdıq. Tacir mənə qarşı fikrinin ciddi olduğunu və mənimlə gələcəkdə evlənəcəyini bildirdi.

Kinoya baxdıqdan sonra Tacir yataq otağa keçdik. Razılığımla Tacirlə cinsi əlaqədə oldum. Məndən qan gəldi, başa düşdüm ki, bakirəliyim pozulub. Həmin gecəni biz bir yerdə qaldıq”.

“15 yaşım olduğunu bilməyib”

Məlahət bildirib ki, səhəri gün yaşadığı evə qayıdıb: “Həmin vaxtdan mütamadi olaraq Tacirlə görüşdük. Lakin cinsi əlaqədə olmadıq. 2019-cu ilin oktyabr ayında başa düşdüm ki, hamiləyəm.

Bir qədər sonra ağrılarım tutdu və övladım dünyaya gəldi. 3 gün keçdikdən sonra həkimlər mənə bildirdilər ki, uşaq ölüb. Tacir mənimlə görüşəndə 15 yaşım olduğumu bilməyib. İlk dəfə cinsi əlaqədə olan zaman heç bir hədə-qorxu gəlməyib, könüllü olaraq cinsi əlaqədə olmuşam”.

Məlahət ifadəsinin sonunda Tacirə qarşı heç bir şikayəti olmadığını bildirib. Ona cəza verilməməsini xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb.

Tacir 7 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Tacirin həbsdə olduğu 7 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkərək qurtarmış hesab edilib.

Tacirin barəsində seçilmiş həbs qətioimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbsdən azad edilib.