“18 yaşlı Könülün intiharı məni də sarsıtdı. 618 bal toplayan, gələcəkdə Azərbaycan xalqı, dövləti üçün lazımlı ola biləcək, istedadlı bir gəncin intiharı hər kəsə təsir etdi. Düşünürəm ki, burada ən böyük qınaq yenə valideynlərə düşür”.
APress.az xəbər verir ki, bunu prodüser Tarix Əliyev (Tolik) son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirərkən deyib. O, valideynlərə səslənib:
“Xahiş edirəm, övladlarınızı çox sıxmayın, əsas da qız uşaqlarını. Demirəm ki, onların ipini buraxın, nə istəyirlər etsinlər. Amma onların evə yarım saat gec gəlməsinə, rəfiqələri ilə hardasa oturmaqlarına, telefonlarında kiminləsə mesajlarına ağır reaksiyalar verməklə, cəzalandırmaqla mane olmağa çalışmayın”.
Prodüser qeyd edib ki, intiharlara “Dur” deməyin vaxtıdır.
Qeyd edək ki, martın 29-u səhər saatlarında Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yaşayan 2003-cü il təvəllüdlü Misirli Könül Əfqan qızı özünü öldürüb. O, binanın 9-cu mərtəbəsində yerləşən mənzildən özünü atıb.
Sfera