Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
APress.az qazet.az-a istinadən xəbər verir ki, son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sabah brifinq təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb.