Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb.
APress.az bildirir ki, Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb.
Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma saı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub.