“Özüm döydürmüşəm, DTX-ya gəlirəm” – Xudayarın anasıbackend
Gündəm
1249

“Özüm döydürmüşəm, DTX-ya gəlirəm” – Xudayarın anası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm”.
APress.az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib.
O bildirib ki, bu barədə efirlərdə də çıxıb danışmağa hazırdır: “Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?
Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi burdadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.
Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib.
Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-yə gəlirəm.
Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.
“Mən Bakıya müraciət eləmişəm. Dedilər, gəlib ərizə yazmalısınız. Baxdım ki, mənasız yerdədir. Onu çağıracaqlar, deyəcəklər ki, belə etmisən, bir də eləmə.
Hələ mən uşaqlarımdan narazıyam ki, onun o barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”, – o bildirib.