Türkiyədə yaşayan azərbaycanlı aktyor Tamer Karadağlı ilə bağlı xəbər var.
APress.az Big.az-a istinadən xəbər verir ki, aktyor 24 yaşlı sevgilisi İraz Yıldız ilə bağlı deyilən tənqidlərə cavab verib. Aktyor öz açıqlamasında bunları deyib:
“Eşqdə yaş fərqi olmaz. Qarışmaq heç kimin həddinə deyil. Mən onsuz da heç kəsin dediyi ilə hərəkət etmirəm”.