Şahzadə Diananın qardaşı Çarlz Spenserin 30 yaşlı qızı Kitti Spenser özündən 32 yaş böyük milyarder Mişel Levislə ailə qurub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Spenserin atası başda olmaqla şahzadə Harri, Uilyam və krallıq ailəsindən bir çoxu toyda iştirak etməyib. Kitti ilə 62 yaşlı milyarderin toyu İtaliyada 16-cı əsrə aid olan tarixi binada baş tutub.
Kitti gəlinliyini siması olduğu “Dolce & Gabbana” moda evindən seçib. Məlum olub ki, model 1989-cu ildə anasının toyunda geydiyi gəlinliyin oxşarını sifariş verib. Romantik gəlinliyin hazırlığı 6 ay çəkib.