“Qafqazinfo” bu gün xidməti otağında özünü ürəyindən güllələyərək intihar edən polis rəisi Rahib Mirzəyevin fotosunu əldə edib.
APress.az xəbər verir ki, Rahib Mirzəyev 2018-ci ilə kimi Nəsimi RPİ 19-cu Polis Bölməsinin rəisi olub. Həmin il nazirin əmri ilə 20-ci Polis Bölməsinə rəis təyin edilib. 2019-cu ilin iyun ayında isə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi olub.
R. Mirzəyev iyulun 9-da saat 11 radələrində otağında xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla özünü öldürüb.
O, nazirliyin Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib.
Sfera.az