Pakistanda “Twitter”, “Facebook”, “YouTube”, “WhatsApp” və “Telegram”a giriş 4 saat dayandırılıb.
APress.az xəbər verir ki, Pakistan Daxili İşlər Nazirliyi sosial media platformaları və mesajlaşma tətbiqlərinin Pakistan Telekommunikasiya Agentliyinin (PTA) tələbi istiqamətində saat 11.00-15.00 arasında dayandırıldığını açıqlayıb.
Lakin PTA-nın məsələ ilə bağlı təcili tədbir tələb etdiyi bildirilən açıqlamada qərarın əsaslandırılması ilə bağlı heç bir məlumat verilməyib.
Unikal.org