Koronavirusun dünya üçün 3 əsas nəticəsi olacaq.
APress.az xəbər verir ki, bu iddia ilə London İqtisadiyyat Məktəbinin professoru Branko Milanoviç çıxış edib. Onun sözlərinə görə, pandemiyanın əsas nəticələrindən biri məsafədən işləyən işçilərin sayının artmasıdır. O, son ildə yeni texnologiyaların peyda olmadığını, amma insanların evdə çox şey edə biləcəklərini dərk etdiklərini bildiklərini deyib.
Milanoviç həmçinin pandemiyanın ABŞ-la Çin arasında konflikti kəskinləşdirdiyini bildirib:
“İki dövlətin siyasi və iqtisadi qarşıdurması qlobal dəyər zənciri, eləcə də digər ölkələr üçün böyük əhəmiyyət daşıyacaq. Ümumilikdə əgər Amerika bazarına və texnologiyalarına giriş itsə, Vaşinqtonla konflikt Pekinin innovasiyalar yaratmaq qabiliyyətinə güclü zərbə endirə bilər”.
Professor həmçinin pandemiyanın bütün tibb sektoruna güclü təsir edəcəyini vurğulayıb. O bunun digər preparatların işlənməsi üçün potensialın yaradılmasına imkan yaradacağını bildirib.
(Axar.az)