Pandemiyanın elan olunmasından bir il keçir – FOTObackend
Dünya
339

Pandemiyanın elan olunmasından bir il keçir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düz bir il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirusu qlobal pandemiya elan etdi. Bir çoxlarının fikrincə, bu gecikmiş bəyanat idi. Çünki həmin vaxta qədər virus dünyanın 100-dən çox ölkəsində aşkar edilmişdi. Əslində rəqəm baxımdan vəziyyət qeyri-adi görünmürdü: rəsmi məlumatlarda bütün dünya üzrə 120 000 yoluxma və 4 300 ölüm qeydə alınmışdı.

“Pandemiya – düşüncəsiz və ehtiyatsız formada istifadə ediləcək ifadə deyil. Belə səs-küylü bəyanatları tez-tez verə bilmərik. İndi bütün ölkələr hələ də bu pandemiyanın gedişatını dəyişə bilərlər”, – deyə həmin vaxt Qebreyesus bildirmişdi.

Bir il sonra isə vəziyyətin daha mürəkkəb olduğu ortaya çıxdı. Heç də bütün ölkələr pandemiyanın gedişatına təsir edə bilmədi. Bəzi ölkələr karantindən ümumiyyətlə imtina etdi, digərləri isə uzunmüddətli “lockdown”lar tətbiq etdi. Buna baxmayaraq, nəticələr müxtəlif ölkələrdə fərqli şəkildə oldu.

Son statistik məlumatlara əsasən, bu günə kimi dünyada 117 milyondan artıq insan koronavirusa yoluxub, 2,6 milyondan artıq insan ölüb. Azərbaycanda isə koronavirusa yoluxan 237 775 nəfərin 3257-si ölüb, 230 116 insan isə sağalıb.

Koronavirusla mübarizə üçün artıq bir çox ölkələrdə vaksinasiya proesinə başlanılıb.  Bütün dünyada 320 milyon (o cümlədən ABŞ-da 94 milyon, Çində 52 milyon, Avropa Birliyində 44 milyon, İngiltərədə 24 milyon olmaqla) peyvənd tətbiq edilib.

Azərbaycanda isə yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70 faizdən yuxarı tibb işçisi vaksinasiya olunub. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevralın 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına start verilib.

Son məlumatlara görə, ölkəmizdə ümumilikdə 436 849 nəfər vaksinasiya olunub.