Ermənistanın ötən həftə istefa verən müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyaya səfir təyin edilə bilər.
APress.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrə istinadən yazıb.
V.Arutyunyan yaxın dostlarına “hər şeyin qaydasında olduğunu” bildirib.
Nəşr yazır ki, hökumət formalaşdırıldıqdan sonra Arutyunyanın səfir göndərilməsi reallaşa bilər.
Qeyd edək ki, V.Arutyunyan Rusiyaya yaxınlığı ilə seçilir.