Ermənistanın baş naziri Nikol Paşinyan 23 mart tarixinə qədər istefa verəcək.
APress.az xəbər verir ki, bu barədə “Past” erməni qəzeti yazıb.
Nəşr mənbələrinə istinadən bildirib ki, bu gün və ya sabah fövqəladə bir şey olmasa, Ermənistanda may ayında erkən seçkilər keçiriləcək.
Son iki gündə Nikol Paşinyan və Mülki Müqavilə partiyasının bir neçə tanınmış nümayəndəsi həm partiya elitası, həm də bölgə qubernatorları və böyük bələdiyyələrin rəhbərləri ilə görüşlər keçirir. Son günlərdə Ermənistan hakimiyyəti erkən seçkilərin keçirilməsi məsələsinə aydınlıq gətirmək üçün ciddi addımlar atır. Onlar hakimiyyət orqanlarının və daha konkret olaraq, yerli səviyyədə Nikol Paşinyanın reytinqinin nə olduğunu anlamaq istəyirlər. Konkret bir təlimat verildi – seçkilər də daxil olmaqla hadisələrin hər cür inkişafına hazır olmaq.
publika