Paşinyan cəsəd qalmaqalına münasibət bildirdibackend
Dünya
282

Paşinyan cəsəd qalmaqalına münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sistemi dəyişir, amma orada çalışan insanları dəyişdirmək çətindir.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məhkəm-tibbi ekspertizasının Abovyan bölməsində hərbçi qulluqçuların qalıqlarının zirzəmidə plastik torbalarda saxlanmasına münasibət bildirərəkən deyib.

“Nazir Xudafərin körpüsünü partlatmağı vəd etmişdi” – Erməni “Rahib”Onun sözlərinə görə, 2018-ci ildə tibbi-ekspertiza mərkəzi yalnız İrəvanda fəaliyyət göstərirdi. Bölgələrdə patoloqlar müvəqqəti təchiz olunmuş otaqlarda iş aparırdılar. 2018-ci ildən bəri İrəvandakı anatomik mərkəzin ərazisi səkkiz dəfə artırıldı və respublikanın yeddi şəhərində şöbələri açıldı. Bundan əlavə, genetik tədqiqat üçün heç bir alət yox idi. İlk DNT-sekvenseri 2018-ci ildə, digəri 2020-ci ildə alındı. Məhkəmə ekspertləri və patoloqlar üçün əmək haqqı fondu 25% artdı. Son aylarda onlar həftənin yeddi günü 24 saat çalışdılar.

Paşinyan qeyd edib ki, səhiyyə naziri və ya digər rəhbərlər şəxsən hər gün hər bir müəssisəyə baş çəkib, kimin necə işlədiyini izləyə bilməz. O, bütün günahkarların məsuliyyət daşıdığını söyləyib.