Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığından danışıb.
APress.az unikal.org-a istinadən bildirir ki, Paşinyan bu mövzuya “Interfax”a müsahibəsi zamanı toxunub.
Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə dərin və uzunmüddətli hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, bu məsələ hər iki ölkənin strateji maraqlarına uyğundur.
Ermənistan baş naziri həmçinin Rusiyadan “SU-30M” qırıcılarının idxal edilməsi barədə suala müsbət cavab verib və qırıcıları çoxfunksiyalı və müasir adlandırıb.