Moskva görüşü Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilir.
APress.az xəbər verir ki, bu barədə “Zerkalo” qəzetinə müsahibəsində Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan bildirib.
Onun sözlərinə görə, 9 noyabr və 11 yanvar tarixlərindən sonra müəyyən iş gündəliyi yaradıldığı və Ermənistan rəhbərliyi heç bir şeyi həll edə bilmədiklərini sübut etdikləri üçün Paşinyanın Moskvaya öz problemlərini müzakirə etmək üçün getdiyinə inanmaq olar.
“Nikol öz gələcəyi barədə düşünür. Bu, mənim fikrimdir və buna əsas var”, – deyə Zakaryan qeyd edib.
Sabiq nazir müavini bildirib ki, Paşinyan hakimiyyətdə qaldığı təqdirdə Sünikdə toqquşmalar ola bilər. Zakaryan hesab edir ki, məqsəd Qərblə Rusiyanı Cənubi Qafqazda toqquşdurmaqdır.
“Bu halda kim uduzacaq? İlk növbədə Ermənistan”, -deyə Zakaryan vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb. Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Unikal.org