Paşinyan Putinlə görüş öncəsi özünü təcrid etdibackend
Dünya
253

Paşinyan Putinlə görüş öncəsi özünü təcrid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-də Vladimir Putinlə Moskvada planlaşdırılan görüşündən əvvəl özünü təcrid edib.
APress.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan məlumat verib.
Mətbuat katibi həmçinin bildirib ki, “Şəxsi qəbul və sosial tədbirlər istisna olmaqla, baş nazir işlərini planlaşdırılmış gündəmə əsasən qurur.”
Daha əvvəl Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprel ayında formal olaraq istefa verəcəyini söyləmişdi. Səsvermə iyunun 20-nə planlaşdırılıb. Yeni  hökumət qurulana qədər Paşinyan Nazirlər Kabinetinə rəhbərlik etməyə davam edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa vermək qərarını şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələnin təxirəsalınmaz müzakirəsinə ehtiyac olmadığını bildirmişdi.Kreml sözçüsü həmçinin qeyd etmişdi ki, Ermənistan lideri ilə mütəmadi danışıqlar aparılır.
Xatırladaq ki,  Paşinyan Dağlıq Qarabağda atəşkəs barədə razılaşma sənədini  imzaladıqdan sonra, yəni  noyabr ayından onun istefasını tələb edir. İrəvan və Bakının Rusiyanın vasitəçiliyi ilə imzaladığı bu sənədə uyğun olaraq, Ermənistan Kəlbəcər, Laçın və Ağdam bölgələrini Azərbaycana təhvil verdi,  təmas xətti və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca isə Rusiya sülhməramlıları və yerləşdirildi.

Həmçinin bir müddət əvvəl, Armavir bölgəsindəki çıxışında  Paşinyan artıq fəaliyyət göstərən Rusiya və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qruplaşmasını gücləndirmək barədə düşündüyünü” də bildirmişdi.

 

Sfera.az