Koronavirus yoluxmalarında alovlanmalar mümkündür, lakin əvvəlki gərginliyin olması gözlənilmir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya danışıb.
“Baharda belə cüzi yüksəlişlərin görünməsi mövsümi infeksiyalar üçün xarakterikdir, güman ki, COVID-19-da da bənzər vəziyyət olacaq. Ancaq alovlanmanın payızdakı zirvəsinə çatması mümkün deyil”, – Pşeniçnaya RİA “Novosti”yə verdiyi müsahibədə bildirib.
Epidemioloqun sözlərinə görə, koronavirusun dinamikasında azalma tendensiyası müşahidə olunur. Buna həm karantin tədbirləri, həm də universal immunitetin daha sürətli inkişafına imkan verən payvəndlənmənin genişlənməsi təsir edib. Yoluxma nisbətinin azalmasına baxmayaraq, mütəxəssis arxayınlaşmağın hələ tez olduğunu vurğulayıb:
“Koronavirus infeksiyasının qarşısının alınması üçün bütün tövsiyələrə əməl edilməlidir. Epidemiya əleyhinə bütün tədbirlərə riayət etsək, bəlkə də yazda stabil vəziyyəti qorumaq mümkün olacaq, beləliklə yayda daha minimum səviyyəyə çata biləcəyik”.