Respublika üzrə pensiyaların mart ayının 16-dək tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
APress.az bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək. //APA