Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.
APress.az xəbər verir ki, bunu “ CNN” televiziyasının əməkdaşı Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün “Tvitter” səhifəsində yazıb.
Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarəsi ilə İsrail ərazisini tərk ediblər. Onlar Almaniyaya aparılıblar.
Publika.az