Pərvin Məmmədova yenicə işə başladığı Odlar Yurdu Universitetini TƏRK ETDİbackend
Cəmiyyət
288

Pərvin Məmmədova yenicə işə başladığı Odlar Yurdu Universitetini TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olunub.

APress.az xəbər verir ki, bu barədə P.Məmmədova özü məlumat verib:
“Dostlar, bu gündən Qarabağ Dirçəliş Fondunda PR və Kommunikasiya üzrə koordinator, alışdığımız dillə desək, mətbuat katibi vəzifəsini icra edəcəyəm. Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa, xidmətim olacağı üçün çox qürurluyam!
Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik. BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”.

 

Xatırladaq ki, Pərvin Məmmədova fevral ayında Odlar Yurdu universitetində mətbuat katibi təyin edilmişdi. Ondan əvvəl isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi kimi fəaliyyət göstərib.
Sfera.az