Fransa prezidenti Emmanuel Makron peyvənd pasportu olmayan şəxslərə yeni qadağa tətbiq edib.
Sfera.az “Guardian” qəzetinə istinadən xəbər verir ki, Fransa prezidenti peyvənd pasportu olmadan bar və restoranlara daxil olan şəxslərin 6 aylıq həbs olunacağı barədə qərar imzalayıb.
Peyvənd pasportu olmayan şəxsləri öz obyektlərinə buraxan məkan sahiblərini isə 1 il həbs cəzası, yaxud 45 000 avro cərimə gözləyir.