İngiltərədə Pfizer/BioNTech vaksinlərinin ikinci dozasını ilk vurduran şəxs – Villiam Şekspir dünyasını dəyişib.
Sfera.az bildirir ki, 81 yaşlı Villiam peyvənd olunduğu xəstəxanada vəfat edib. Onun koronavirusdan ölmədiyi deyilib.
Uzun müddət davam edən xəstəlikdən dolayı xəstəxanada müalicə alan Şekspirin ölümünə səbəb insult olub.
Qeyd edək ki, Villiam Şekspir dünyada kütləvi vaksinasiya başlanan zaman ikinci dəfə peyvənd olunan şəxs olaraq tarixə keçmişdi.