“Pfizer” vaksinini vurduranların nəzərinə – Bu qayda ləğv olundubackend
Cəmiyyət
355

“Pfizer” vaksinini vurduranların nəzərinə – Bu qayda ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalara müraciət edənlər peyvənddən əvvəl tibbi müayinə zamanı ödəniş etməyəcəklər.
APress.az APA-ya istinadən bildirir ki, əvvəlki qaydaya görə, vaksini vurdurmaq üçün özəl “Leyla Medical Center” və “Caspian İnternational Hospital”a müraciət edən şəxslərin peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq həyata keçirilirdi. Belə ki, peyvəndlənmədən əvvəl müayinəyə ehtiyac yaranırdısa, həmin müayinələr ödənişli əsaslarla aparılırdı.
Qeyd edək ki, özəl klinikalarda peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərkən bununla bağlı yerləşdirilmiş bildiriş də artıq saytdan çıxarılıb.
“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan APA-ya məlumatı təsdiqləyiblər.
Əlavə edək ki, hazırda “Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.