Polis 16 nəfəri evinə qaytardı – AZƏRBAYCANDAbackend
Cəmiyyət
237

Polis 16 nəfəri evinə qaytardı – AZƏRBAYCANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APress.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.