Polis arvadını və onun ailəsini öldürüb, İNTİHAR ETDİbackend
Dünya
366

Polis arvadını və onun ailəsini öldürüb, İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Afyonkarahisar ərazisində  dəhşətli qətl hadisəsi baş verib.  

APress.az xəbər verir ki,  boşanma prosesində olan polis Atilla Aydemir həyat yoldaşını və onun valideynlərini xidməti silahla vuraraq, öldürüb. Belə ki, həyat yoldaşı Gönül Aydemirin atasına evinə getməsi polisi əsəbiləşdirib.

Atilla A. qayınatasının evin gedərək, Gönüldən evə  qayıtmasını  tələb edib. Onlar arasında yarana mübahisəyə qızın ata və  anası qarışıb. Polis əməkdaşı üzərində daşıdığı silahla həyat yoldaşına, daha sonra qayınatası Nuray Akdeniz və qayınanası Kadriye Akdenizə atəş açıb.

Polis daha sonra həmin silahla başından vuraraq,  intihar edib. Silah səslərinə qonşular polisə xəbər veriblər. Şəxslərin meyitləri  aidiyyatı qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org