Polis sürücü 150 minlik maşınla əks yola çıxıb qırmızıda keçdi – 10-SV-300 – VİDEObackend
Cəmiyyət
52

Polis sürücü 150 minlik maşınla əks yola çıxıb qırmızıda keçdi – 10-SV-300 – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik kamerası olmayan yerdə qaydaları pozan sürücünün hərəkətləri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, iyulun 18-də paytaxtın Yeni Salyan yolunda hərəkət edən 10-SV-300 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb və svetoforun qırmızı işığında hərəkətinə davam edib. Sükan arxasında polis geyimində olan sürücü olub. Yaşıl işıqda yolayrıcına daxil olan moped sürücüsü bir neçə saniyə tez hərəkət etsəydi qəza qaçılmaz olacaqdı.

Qeyd edək ki, sözügedən yolda hərəkət edən bir çox sürücü kameranın olmamasından istifadə edərək mütəmadi olaraq svetoforun qırmızı işığında hərəkət edirlər.