Polis Zəngilanda əməliyyat keçirdibackend
Cəmiyyət
65

Polis Zəngilanda əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APress.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi tədbir zamanı rayonun Mincivan qəsəbəsi ərazisində çəkisi 330 kiloqram olan 521 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.