Polisin saxladığı avtomobildən görün nələr və kimlər çıxdıbackend
Cəmiyyət
651

Polisin saxladığı avtomobildən görün nələr və kimlər çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan 1 kiloqram 120 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. 

APress.az xəbər verir ki, polisi şübhəli maşını saxlayandan sonra hər şey üzə çıxıb.

Yevlax rayon sakini Anar adlı şəxsə məxsus  avtomobildə ona və həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşən şəxsə məxsus narkotik vasitə daşınmasına dair polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin avtomobil Hacıqabul rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni satmaq məqsədilə avtomobildə daşıdıqları müəyyən olunub.Faktla bağlı  cinayət işi başlanıb  və ibtidai istintaq davam etdirilir.