Özünə ad günü keçirən sosial media fenomeni Enes Baturun evinə polis basqın edib.
APress.az Axşam.az-a istinadən xəbər verir ki, 23 yaşını qeyd edən fenomen Acarkentdə yerləşən villasında böyük məclis təşkil edib.
100 nəfərin qatıldığı qonaqlıqda karantin qaydaları pozulub. Məclis iştirakçıları sosial məsafə və maska kimi izolyasiya qaydalarına əməl etməyiblər.
Axşam saatlarında başlayan qonaqlığa polis basqın edib. Bundan sonra iştirakçıların böyük əksəriyyəti evin arxa qapısından qaçıb. Polis məclisdə qalanların hər birinə 3500 lirə (730 manat) dəyərində cərimə yazıb.